Yevlaxda "VAZ" markalı iki minik maşın toqquşdu, xəsarət alanlar var

15-09-2020, 22:10

Yevlaxda "VAZ" markalı iki minik maşın toqquşdu, xəsarət alanlar var
Yevlaxda iki avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Balçılı kəndi istiqamətində baş verib.


"VAZ" markalı iki minik maşınlarının toqquşması nəticəsində 1990-cı il təvəllüdlü rayon sakini Babək Kərimov və 1998-ci il təvəllüdlü Mehman Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Digər Xəbərlər: