Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...

4-01-2021, 13:15

Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
"Biz vaksinasiya ilə virusun tam yox olmasını gözləmirik".

"Gun24.az" Milli.az-a istinadən xəbər verir ki, bunu həkim-infeksionist Nilufər Məmmədova deyib.


İnfeksionist bildirib ki, karantin tədbirləri ilə vaksinasiya prosesinin paralel aparılması nəzərə çarpacaq səviyyədə xəstələnmə sayını azaldacaq:


Amma təbii ki, vaksinasiya başlanandan sonra və paralel olaraq karantin qaydalarının sərt olmasa belə yumşaldılmış qaydalarla da effekt almaq mümkünüdür.Ayrı-ayrılıqda nə vaksinasiya, nə də sərt karantin rejimi gözlənilən effekti verə bilməz.


İkisinin bir arada, yəni, həm vaksinasiyanın, həm də qoruyucu tədbirlərin (karantin qaydaları) birlikdə aparılması yoluxmanın qarşısının alınmasında yüksək effek verəcək. Nə təkcə vaksinin effekti böyük ola bilməz, nə də tək sərt karantin rejiminin. 

Onlar ayrı-ayrılıqda gözlənilən effekti təmin etməz. İkisinin birgə, paralel aparılması nəzərə çarpacaq səviyyədə xəstələnmə sayını azaldacaq.

Sərt karantin rejimi təbii ki, vaksinasiya istifadə olunandan bir müddət sonra, 18 yanvarda yumşaldılacaq, yəni, dərhal yumşaldılmayacaq. Vaksinasiya da mərhəli şəkildə olacaq.


 Hələ ki, insanların kütləvi şəkildə peyvəndləməyə cəlb olunması mümkün deyil. Ümumiyyətlə yeni vaksinasiya başlayanda müəyyən bir qruplar buna cəlb olunur, artıq sonra bu hal kütləviləşir. Kütləvi şəkildə bu vaksinasiya aparılmayacağı üçün qorunma tədbirlərinə əməl etmək lazımdır".
Digər Xəbərlər: