“21 yaşında mən o bağda ilk dəfə...” - Pərvin Abıyeva hər şeyi yazdı

26-09-2020, 19:15

“21 yaşında mən o bağda ilk dəfə...” - Pərvin Abıyeva hər şeyi yazdı
Novxanıda inşa olunan Bəxtiyar Daliyə məxsus cah-cəlallı bağ ətrafında ötən gündən söz-söhbət səngimək bilmir. Sosial şəbəkədə bağın sahibi haqda müxtəlif fikirlər danışılır.

"Gun24.az"  Shownews.az-a istinadən xəbər verir ki, aktrisa Pərvin Abıyeva açıqlamasında həmin bağda illər əvvəl serial çəkildiyini deyib: "Təxminən 21 yaşım olardı. İlk dəfə serial çəkilirdi. "Oğurlanmış arzular" adlanırdı. O vaxt Bəxtiyar müəllim özü razılıq vermişdi serial çəkilişinə. Çox mehriban və sadə insandır. 

Hər çəkilişdən sonra bütün çəkiliş heyətinə qonaqlıq verirdi. Həftədə 2-3 dəfə çəkilişlər olurdu. Çəkiliş zamanı Bəxtiyar müəllim özü də bağda olurdu. Serialda əsas rolları Almaz Ələsgərli və Tural Əsədov canlandırırdı". 
Digər Xəbərlər: