Aİ-də yeni avtomobillərin satışı yanvar-avqustda 32% azalıb

17-09-2020, 12:45

Aİ-də yeni avtomobillərin satışı yanvar-avqustda 32% azalıb

Bu ilin yanvar-avqust aylarında Avropa İttifaqında (Aİ) yeni avtomobillərin satışı illik müqayisədə 32% azalaraq 6,124 mln. ədəd təşkil edib.

"Gun24.az" "APA-Economics" xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) məlumatında deyilir.

"Bu il Aİ-nin ən böyük bazarları arasında ən böyük azalma İspaniya (-40,6%), İtaliya (-38,9%), Fransa (-32%) və Almaniyada (-28,8%) qeydə alınıb", - məlumatda bildirilir.

Hesabat dövründə Fransanın avtomobil istehsalçısı olan "PSA Group"un yeni satışları illik ifadədə 38,3%, "Volkswagen Group"da – 29,8%, "Renault"da isə 34,5% azalıb.

ACEA onu da qeyd edir ki, cari ilin iyul ayında Aİ-nin avtomobil bazarı illik müqayisədə 5,7% azalıb. Eyni zamanda, 27 Aİ ölkəsinin 7-si, Fransa (+3,9%) və İspaniya (+1,1%) da daxil olmaqla, artım nümayiş etdirib. Aİ xaricində isə avtomobil bazarının ilk bərpa əlamətləri Böyük Britaniya (+11,3%), İslandiya (+44,5%) və Norveçdə (+6,5%) qeydə alınıb.

Avqust ayında isə yeni avtomobillərin satışı illik müqayisədə 18,9% azalıb. Yalnız Kiprdə müsbət dinamika qeydə alınıb – 14,1%.

Qeyd edək ki, ACEA-nın proqnozlarına görə, 2020-ci ildə Aİ-nin avtomobil bazarında satışların azalması rekord 25%-ə çatacaq. Bundan öncə proqnoz 2%-ə bərabər idi.

Digər Xəbərlər: