Moskvada Putin-Əliyev-Paşinyan görüşündə Qarabağla bağlı danışıqlar aparılacaq

11-01-2021, 10:31

Moskvada Putin-Əliyev-Paşinyan görüşündə Qarabağla bağlı danışıqlar aparılacaq

Bazar ertəsi günü Rusiya və Azərbaycan Prezidentləri və Ermənistanın Baş naziri arasında üçtərəfli danışıqlar baş tutacaq, bu barədə Rusiya Prezidentinin rəsmi saytı xəbər verib.


"Gun24.az" BBC news/Azərbaycanca-ya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçiriləcək görüşdə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq.


"Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli Bəyanatının icrasına baxılması planlaşdırılır və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirə edilməsi nəzərdə tutulur. Döyüş əməliyyatlarından zərər çəkmiş bölgələrin sakinlərinə yardımın göstərilməsi, eləcə də ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin işə salınması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək," - məlumatda deyilib.


Bu, 44 günlük ikinci Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan dövlət başçıları arasında ilk görüşdür.


Məlumata əsasən, üçtərəfli görüşlərdən başqa, Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla ayrıca söhbətləri nəzərdə tutulur.
Digər Xəbərlər: