Rusiya MN-dən Dağlıq Qarabağ AÇIQLAMASI

11-01-2021, 10:06

Rusiya MN-dən Dağlıq Qarabağ AÇIQLAMASI
Rusiya sülhməramlıları iyirmi üç müşahidə postunda atəşin dayandırılması rejiminə riayət edilməsinə nəzarət və monitorinqi gecə-gündüz həyata keçirir. Bütün təmas xətti boyunca atəşin dayandırılması rejiminə riayət edilir.

"Gun24.az" Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.

Bu müddət ərzində “qaynar xətt”ə Dağlıq Qarabağ müharibəsində itkin düşənlərlə bağlı 574 müraciət daxil olub. Bütün müraciətlər barışıq üzrə mərkəzin axtarış qruplarına göndərilib.

Rusiya sülhməramlı kontingentinin cavabdehlik daşıdığı zonada baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək məqsədilə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
 
Digər Xəbərlər: