SON DƏQİQƏ! DİN məlumat yaydı

"Gun24.az" Report.az-a istinadən xəbər verir ki, Sosial şəbəkələrdə Binəqədi rayonunda polis, SOCAR və İcra Hakimiyyəti əməkdaşlarının şəhid ailələrinə qarşı guya təzyiq edilməsi ilə bağlı məqsədli olaraq təşkil olunan görüntülər yayılıb.
Görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report”un sorğusuna cavab verib.
"Həmin yerdə qeydə alınan qanunsuz halların qaşısını almaq üçün əraziyə cəlb olunan müvafiq qurumlarının əməkdaşlarının qanunu tələblərinə məhəl qoymayan həmin şəxslər, şəhid və qazi ailələri adından sui-istifadə edərək diqqəti qanunsuz əməllərdən yayındırmağa çalışıblar”.
E.Hacıyev bildirib ki, hadisə yerində hər hansı bir şəxsə qarşı fiziki təzyiq göstərilməyib, iddialar əsassızdır: "Polis əməkdaşları ərazidə ictimai qaydanı və ictimai təhlükəsizliyi təmin ediblər”.
Oxşar Xəbərlər:

“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı-SİYAHI

“Laçının azad olunmasına görə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı-SİYAHI

"Şuşanın azad olunmasına görə” Prezidentinin Sərəncamı-SİYAHI

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı-SİYAHI

SON DƏQİQƏ! Hamının sevincinə səbəb Prezident sərəncam verdi